Qaziler.az qhtxeber.az-a istinadən bildirir ki, “Mərhəmət” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə "Regionlarda kənd turizminin inkişafı üçün tarix və mədəniyyət abidələrinin mühafizəsinin genişləndirilməsi sahəsində maarifləndirmə tədbirlərinin təşkili" adlı layihənin icrasına start verib.
İctimai Birliyin sədri İradə Nəsirovanın qhtxeber.az-a verdiyi məlumata görə, layihənin icrasına başlamaq üçün QHT üzvlərinin iştirakı ilə toplantı keçirilib. toplantıda görüləcək işlərlə bağlı fəaliyyət planı tərtib edilib. İctimai birliyin üzvləri fəaliyyət planını müzakirə edib, təkliflər irəli sürüblər.Layihənin məqsədi regionlarda - Ağdam, Agcabədi rayonlarında və Mingəçevir şəhərində milli - mədəni dəyərlərimizin, eləcə də tarixi- mədəni abidələrimizin qorunmasının təbliğinə, regionlarda kənd turizmi ilə bağlı işlərə təkan vermək, bu sahənin inkişafına yardım etməkdir.
Layihə çərçivəsində ilk tədbir mayın 16-dan 20-dək Ağcabədi rayonunda keçiriləcək.
Tədbirdə ictimaiyyətin nümayəndələri - müəllimlər, gənclər, yerli turizm və mədəniyyət sahələrində fəaliyyət göstərən mütəxəssislərin iştirakı nəzərdə tutulub.