Əxlaqsızlığı təbliğ edən 13 mindən çox sayt bağlandı

Əxlaqsızlığı təbliğ edən 13 mindən çox sayt bağlandı backend

Ötən 3 il ərzində Çində 13 mindən çox sayt bağlanıb.

Publika.az xəbər verir ki, Çin hakimiyyəti bu saytların bağlanması barədə qərarlarını zorakılıq və pornoqrafiyanın yayılmasına qarşı mübarizə ilə əlaqələndirir.

Rəsmi məlumatlara görə, internet-saytların administratorları saytlarda qanunvericiliyi pozan fəaliyyətlə məşğul olublar. Çində rəyi öyrənilənlərin 90 faizi hakimiyyətin internet üzərində nəzarətini bəyənib.

(apa)