Bakı-Tbilisi-Qars dəmir yolunda ilk qatar

Bakı-Tbilisi-Qars dəmir yolunda ilk qatar backend

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində Gürcüstan ərazisində inşa olunmuş Axalkalaki–Kartsaxi Türkiyə sərhədi sahəsində xəttə buraxılan ilk sınaq qatarının hərəkəti uğurlu başa çatıb.

"Azəryolservis" ASC-dən verilən məlumata görə, sınaqda Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, ”Azəryolservis “ASC-in sədri Cavid Qurbanov, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov və Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili iştirak edib.
Sınaq qatarı xəttə Gürcüstan-Türkiyə sərhədindəki Kartsaxi stansiyasında buraxılıb. Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Türkiyə ilə sərhəddə qatarın sınağını həyata keçirdiklərindən məmnun olduğunu bildirib.
Xatırladaq ki, layihənin 2015-ci ildə tam başa çatdırılması nəzərdə tutulub.
Diaspora