“Qurd ürəyi” nin sirri açılır:Müəllifin sifarişli həbsİnin Fazil Məmmədovla əlaqəsi varmı?-TƏFƏRRÜAT

“Qurd ürəyi” nin sirri açılır:Müəllifin sifarişli həbsİnin Fazil Məmmədovla əlaqəsi varmı?-TƏFƏRRÜAT backend

Tanınmış şair Saday Şəkərlinin həbs edilməsində iki il ötür.

Saday Şəkərli 2015-ci ilin dekabrın 22-də Vergilər Nazirliyində həbs edilib. Ailəsi onun həbsinə səbəb həmin vaxt çap olunan “Qurd ürəyi” romanını əsas gətirir. Şairin ailəsi hələ də onun haqsız həbsi ilə razılaşmır və həbsin sifarişçisinin bu yaxınlarda nazir postundan uzaqlaşdırılmış sabiq vergilər naziri Fazil Məmmədov olduğunu deyir.

Moderator.az-a açıqlama verən Saday Şəkərlinin Müdafiə Komitəsinin sədri Eldəniz Quliyev şairin həbsinin sifariş olmasının heç kimdə şübhə doğurmadığını bildirib:

“İki il bundan öncə Saday Şəkərlinin həbs edilməsi xəbəri heç kimdə şübhə doğurmadı ki, bu sifarişdir. O vaxt S.Şəkərli “Qurd ürəyi” adlı bir roman yazmışdı və biz Sadayla bu kitabı müzakirə etmişdik. Kitabda ölkədə baş verən siyasi neqativ hadisələrə münasibət bildirmişdi. Çox səmimi şəkildə ölkəsinin siyasi girdaba girməyindən narahat idi. Bu kitabı çap etdirmək istəyirdi və çap da etdirdi. Onun da kitablarının əksəriyyətinə Fazil Məmmədov sponsorluq edirdi. Ancaq bu kitabın guya ki, Azərbaycanda gedən sosial iqtisadi irəliləyişə gözü götürməmək kimi və bu kitabın ona zərbə dəyəcəyini fikirləşib Fazil Məmmədov qabaqlayıcı addım atdı. Əvvəla kitabın nüsxələrini yığışdırdılar və sonra da Saday Şəkərlini şərlədilər ki, bu kitab hardasa yenidən dərc olunsa, F.Məmmədov desin ki, bu məndən xəbərsiz dərc edilib. Yəni işin mahiyyəti budur.

Mən çox təəssüf edirəm ki, şairi həbs etdirmək, şairin ailəsini, ocağını bu gün dağıtmaq qəbuledilməzdir. Biz bununla bağlı müdafiə komitəsi yaratdıq və onlarla insan bu həbsə öz etirazlarını bildirdilər. Biz əlimizdən gələni etdik. Siz bilirsiniz ki, Rusiya Yazıçılar İttifaqından yüzdən artıq tanınmış insan müraciət etdi. Ölkə başçısına və Mehriban xanım Əliyevaya müraciətlər olundu. Sonra Tatar Yazıçılar İttifaqı müraciət etdi. Bu müraciətlərin heç birinə baxılmadı və məhkəmələr də ortada heç bir dəlil-sübut olmadan Saday Şəkərlini on il azadlıqdan məhrum etdilər. Sonradan həbs müddəti beş ilə endirildi. Hamı gördü ki, S.Şəkərli sifarişlə həbs edilib və bu gün həmin sifarişin sahibləri özləri pis vəziyyətdədir.

Ölkə rəhbərliyinin bu məsələyə diqqət yetirəcəyinə ümid edirəm. Hər-halda bir hüquqi yol tapıb şairi azad etmək lazımdır”.