Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda Milli Məclisin deputatları ilə parlament jurnalistləri arasında futbol yarışı keçirilib.
Musavat.com-un mübxbiri xəbər verir ki, gərgin keçən oyunda Milli Məclis komandası Mətbuat komandasına 3:2 minimal hesabla qalib gəlib.Qolları millət vəkilləri Fuad Muradov və Adil Vəliyev vurub. F.Muradov 2 dəfə, Adil Vəliyev isə 1 dəfə fərqlənib.
Mətbuat komandasından isə Nuran İsmayılov iki dəfə fərqlənib.
Qeyd edək ki, oyunu izləyənlər arasında Azərbaycan milisinin və Qarabağ futbol klubunun baş məşqçisi Qurban Qurbanov və digər tanınmış idmançılar da olub.


