Fədayə Laçının apelyasiya şikayətinə baxılacaq - vaxt məlum oldu

Fədayə Laçının apelyasiya şikayətinə baxılacaq - vaxt məlum oldu backend

Bakıda məhbusların həbsdən qaçmasında təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının Nəsimi Rayon Məhkəməsinin qərarından verdiyi apelyasiya şikayətinə baxılacaq vaxt məlum olub.

Bu barədə Trend-ə F.Laçının vəkili Türkel Süleymanlı məlumat verib.

Vəkil bildirib ki, apelyasiya şikayətinə dekabrın 21-də baxılacaq. Məhkəmə prosesinə hakim Rizvan Səfərov sədrlik edəcək.

F.Laçının özünün də prosesdə iştirakı gözlənilir.