QURBAN YETİRMİŞLİ:Kür ovalığının cənub hissəsinin seysmikliyi yüksəlib

QURBAN YETİRMİŞLİ:Kür ovalığının cənub hissəsinin seysmikliyi yüksəlib backend

"2016-cı ildə də Kür ovalığının cənub hissəsinin seysmikliyi yüksək olub.

İmişli ərazisində güclü maqnitudası ml=5.6, intensivliyi 5 bal olan zəlzələ baş verib. Bu hadisələrin baş verməsi son illər Kür ovalığının cənub hissəsinin seysmik cəhətdən aktivləşməsini təsdiq edir".

Lent.az-ın məlumatına görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli RSXM-nin 2017-ci ildə apardığı elmi və elmi-istehsalat işlərinin nəticələrinə dair hesabat iclasında deyib.
O qeyd edib ki, zəlzələlər Kiçik Qafqaz və Kür ovalığının toqquşması və sıxılması nəticəsində baş verib.



2017-ci ildə 2016-cı ilə nisbətən şimal-qərb bölgəsində seysmik aktivlik fon səviyyəsindən aşağı olub.