14 xəstəyə sümük iliyi köçürülüb

14 xəstəyə sümük iliyi köçürülüb backend

Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş Respublika Talassemiya Mərkəzində indiyədək 14 xəstəyə sümük iliyi köçürülüb.

Bu barədə AZƏRTAC-a Respublika Talassemiya Mərkəzindən məlumat verilib.

Məlumata görə, Azərbaycanın təbabət tarixində ilk dəfə ötən ilin may ayında Respublika Talassemiya Mərkəzində qohum donorlardan götürülən sümük iliyinin 3 xəstəyə köçürülməsi əməliyyatı icra olunub. Azərbaycanlı həkimlərlə Belarus mütəxəssislərinin birgə keçirdiyi 3 sümük iliyi transplantasiyası əməliyyatı uğurlu keçib. Sümük iliyinin transplantasiyası əməliyyatı, həm də xəstənin sonrakı müalicəsini Azərbaycan dövləti ödəyir. Sümük iliyinin köçürülməsinə ehtiyacı olan şəxsin bacı və ya qardaşının sağlamlığı imkan vermədiyi halda Dünya Donorlar Bankının qeydiyyatındakı donor hüceyrələrindən istifadə edilir. Azərbaycan Dünya Donor Bankının qeydiyyat sisteminə daxil olmaq üçün bu sahədə 100-dək əməliyyat aparmalıdır. Bu da yaxın gələcəyin işidir.

Qeyd edək ki, nisbətən yeni tibbi prosedur olan sümük iliyinin köçürülməsi əməliyyatı MDB ölkələrindən yalnız Rusiya Federasiyası, Ukrayna və Belarusda, ümumilikdə isə dünyanın 19 ölkəsində tətbiq edilir. İlk dəfə belə əməliyyat 1968-ci ildə keçirilib.
Diaspora