Bayıl sakinləri etiraz etdilər

Bayıl sakinləri etiraz etdilər backend

Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi 170 ünvanında yaşayan sakinlər etiraz aksiyası keçirib.

Qaziler.az a24.az-a istinadən xəbər verir ki, sakinlər uzun müddətdir yaşadıqları mənzillərdə söküntü işləri aparılmasına etiraz ediblər.

Sakinlər iddia edib ki, söküntü işlərini Səbail rayon İcra Hakimiyyəti aparır. Hətta evlərindən çıxmaq istəməyən sakinlərə şiddət də göstərilib.

Sakinlərin şikayətlərini səsləndirdikləri görüntüləri sizə təqdim edirik:
">