Nəsimi Rayon Məhkəməsində Şeyx Allahşükür Paşazadənin qudası, sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Şəlalə Həsənova sədrlik edib. Prosesdə dövlət ittihamçısı çıxış edərək Əlühüseyn Salahzadənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə prosesi dekabrın 20-də davam edəcək.Qeyd edək ki, Ə.Salahzadə Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə ittiam olunur. Onun barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ə.Salahzadə “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.