Prezidentdən Türk Mədəniyyəti və İrsi Fondu ilə bağlı sərəncam

Prezidentdən Türk Mədəniyyəti və İrsi Fondu ilə bağlı sərəncam backend

Prezident İlham Əliyev Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb. AzərTAc-ın verdiyi məlumata görə, sərəncama əsasən Nazirlər Kabineti aşağıdakı məsələləri təmin edəcək.

Türk Mədəniyyəti və İrsi Fondunun strukturunu və işçilərinin say həddini bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməlidir.

Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin təşkili ilə bağlı bina, nəqliyyat və maddi-texniki təminat məsələlərini iki ay müddətində həll edəcək.

Bu sərəncamdan irəli gələn digər məsələləri həll etməldir.

Sərəncəmə əsasən Xarici İşlər Nazirliyi də aşağıdakı məslələri həll etməlidir.

Azərbaycan tərəfinin Türk Mədəniyyəti və İrsi Fondunda iştirakı üzrə hər maliyyə ili üçün məcburi pay ödənişinin məbləği barədə təklifini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə hazırlayıb Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasına təqdim edilməlidir.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti vəzifəsinə namizədliyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olan dövlətlər tərəfindən təsdiq edilmiş Günay Elçin qızı Əfəndiyevanın həmin vəzifəyə təyin olunması ilə bağlı təklifi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Dövlət Başçıları Şurasına təqdim edilisin.
Diaspora