Hacıqabulun Qarabağ Qaziləri tədbir keçirib - FOTO

Hacıqabulun Qarabağ Qaziləri tədbir keçirib - FOTO backend

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman idarəsinin və Qarabağ Qaziləri İctimai birliyinin rayon şöbəsinin birgə təşkilatçılığı ilə geniş tədbir keçirilib.

Tədbirə 2016-cı il Aprel döyüşləri zamanı rayonumuzdan olan və həmin döyüşlərdə fəal iştirak edən orden və medallarla təltif olunmuş hərbçilər də dəvət ediliblər. Görüşdə Aprel döyüşləri zamanı 706 saylı hərbi hissədə xidmət keçən və raketlə düşmənin 6 tankını məhv edən Azərbaycan bayrağı ordeni ilə təltif olunmuş Misirxanov Tahir İman oğlu və “Lələtəpə”də ağır yaralanaraq 2-ci qrup əlil, şücaətə görə medalı ilə təltif olunan Qarayev Rizvan Şamil oğlu da iştirak ediblər.

Tədbirdə rayon İcra hakimiyyətinin məsul işçiləri, rayon gənclər və idman idarəsinin sədri və Qarabağ müharibəsi əlil veteranları, yuxarı sinif şagirdləri hərbi rəhbərləri iştirak edirdilər.