Abunəçilərin nəzərinə: “Azercell” MMS xidmətini dayandırır

Abunəçilərin nəzərinə: “Azercell” MMS xidmətini dayandırır backend

“Azercell” MMC mobil rabitə operatoru MMS (Multimedia Messaging Service) xidmətini dayandırır.

Trend-in məlumatına görə, şirkət tərəfindən xidmət 2018-ci il yanvarın 10-dan dayandırılacaq.

Qeyd edək ki, bir MMS-in qiyməti operator tariflərindən asılı olaraq 0,05-0,19 manat təşkil edir.

Onu da qeyd edək ki, MMS multimedia məlumatların (şəkil, video və audiofayllar) mobil şəbəkə vasitəsilə göndərilməsi xidmətidir.