Ukraynanın yeganə təyyarə istehsalçısı "Antonov" dövlət müəssisəsi 12 ədəd "An-178" təyyarəsini Çin və Azərbaycana satmağı planlaşdırır. Trend-in UNİAN-a istinadən verdiyi məlumata əsasən, Azərbaycanın "Silkway Airlines" şirkəti üçün 10 təyyarənin tədarük edilməsi ilə bağlı saziş imzalanıb.
Məlumata görə, "Silkway Airlines" "An-178" təyyarələrinin ilk sifarişçisidir. Bundan başqa, Çinin "Beijing A-Star Airspace and Technology Co" şirkəti ilə 2 ədəd "An-178" təyyarəsinin satın alınmasına dair niyyət protokolu imzalanıb.Bununla belə, təyyarələrin çatdırılma vaxtı sifarişçilərin tələbinə əsasən açıqlanmır.