Millət vəkili Yevda Abramovun səhhətində ciddi problemlər yaranıb.
Qaziler.az xəbər verir ki, bu barədə unikal.org-a açıqlamasında millət vəkilinin qızı Bəsdi Abramova deyib:"3 gün əvvəl atamın səhhətində problem yarandı və xəstəxanaların birinə yerləşdirdik. Həkimlər atamda onkoloji xəstəlik aşkar etdilər. Bu gün Milli Onkologiya Mərkəzinə yerləşdirilib və hazırda xəstəxanada cərrahi əməliyyata götürülüb. İki saat əməliyyat olacaq. Hələlik atamın səhhəti ilə bağlı heç nə deyə bilmirəm”.