Ramiz Novruzun oğlu Ramiz Məliki hədələdi: “Atamı tutdursaydın, səni yox edərdim”

Ramiz Novruzun oğlu Ramiz Məliki hədələdi: “Atamı tutdursaydın, səni yox edərdim” backend

Bu günlərdə həmkarı Məleykə Əsədova ilə “şortik qalmaqalı” yaşayan Ramiz Məlik daha bir qalmaqalın cənginə düşüb.

Belə ki, xalq artistinin “Ramiz Novruzu 3 illik həbs etdirərdim, amma mən onu bağışladım” deməsi həmkarının aktyor oğlu Cavidan Novruzu özündən çıxardıb.

Aktyor sosial şəbəkədə atası haqqında fikir söyləyən Ramiz Məliki tənqid və təhdid edib: “Bu məsələlərə heç vaxt qarışmadım, deyirdim ki, böyüklərdir, özləri bilər. Amma dözmədim, artıq... Sən kimsən? İşin-gücün sosial şəbəkədə oturub, ona-buna şərh yazmaqdır. Bu yaşda “Facebook”da oturursan. Mənim atam heç "Whatsapp" nədir, bilmir. Sən kimsən, Ramiz Novruzu bağışlayasan? Hələ bir 3 illik həbs etdirəsən. Sən Ramiz Novruzu 3 illik tutdursaydın, onun oğulları səni yaşatmazdı. Ramiz Novruz səndən fərqli olaraq, nəvə-nəticə yiyəsidir, şərəflə hörmətini qoruyur. Bir ayağınız gorda ola-ola oturub, yaşınıza uyğun olmayan şərhlər yazırsınız. Müdrik olmağı bacarmadınız. O teatrda sənin kimi bir-iki nəfər var ki, heç vaxt Ramiz Novruz, Fəxrəddin Manafov, Fuad Poladov, Rasim Balayev ola bilməyəcəksiniz. İşiniz teatrda qoşalaşıb, insanların torbasını tikməkdir. Atamı 3 illik tutduracaqmış… Onun sonrasını düşün, sən... Mənim caynağımdan qurtula biləcəkdin? Səni yox edərdim”.

Xatırladaq ki, xalq artistləri Ramiz Novruzla Ramiz Məlik arasında 2015-ci ildə yumruq davası olmuşdu. R.Məlik həmkarından polisə şikayət etmişdi.

Musavat.com