Bir vaxtlar ANS-in MƏŞHUR APARICISI İDİ - İndi iş AXTARIR

Bir vaxtlar ANS-in MƏŞHUR APARICISI İDİ - İndi iş AXTARIR backend

ANS TV-nin eks-aparıcısı Natiq Nailəoğlu işsizlikdən şikayətlənib.

Publika.az xəbər verir ki, o, bu barədə sosial media hesabında məlumat verib:
"İşsiz qalmaq yaxşı şey deyil. Həftənin bütün günləri adama "bazar"dır! Templi, gərgin potensialımı ortaya qoya biləcəyim iş axtarırdım. Amma anladım ki, bu, indi heç kimə lazım deyil. İşsiz qalmağın başqa bir tərəfi də var – "dostlar" adamı tərk edir, telefona gələn zənglərin və mesajların sayı azalır, bir müddət sonra isə tamamilə kəsilir. Elə bil gözəgörünməz olursan. Sən hamını görürsən, amma heç kim səni görmür, eşitmir. İnanın ki, "dostlar" arasında bəlkə də elələri var ki, "Əşşi, işsiz-gücsüz adamdır, yığacam, neqativ ötürəcək" deyə düşünür və insanı köhnə əşya kimi bir küncə qoyur.

Hələ insanın işsiz qalmasından "kayf" tutan ətrafı da olur (nə qədər gülməli səslənsə də...) Səni yığır, özünü dərdinə şərik kimi göstərir amma, gedib başqalarının yanında "Əcəb oldu, daha betər günə qalacaq" deyə ifadələr işlədir. Unudurlar ki, işsizlərin də onlar kimi, qulağı var və gec-tez hər şey çatır. Yəni, işsiz insan nə laldır, nə kordur, nə də kardır. Sözümün canı, indi iş zamanıdır işə düşmək və işi düşmək zamanı yox..."
Xatırladaq ki, N.Nailəoğlu ANS TV-dən sonra bir müddət ARB kanalında “Türk maqazin” proqramının aparıcısı kimi çalışıb.