Gəncədə dünya rekordu qırılıb

Gəncədə dünya rekordu qırılıb backend

10 minə yaxın gənc ümummilli lider Heydər Əliyevin canlı portretini və imzasını yaradıblar. Ulu öndərin anadan olmasının 92-ci ildönümü münasibəti ilə şəhərin baş meydanında baş tutan bu möhtəşəm aksiya nəinki Azərbaycanda, dünyada ilk dəfədir reallaşdırılır.

İştirakçılarının say tərkibinə görə bu flaşmob Ginnesin rekordlar kitabına da təqdim olunub. Bu təşkilatın Gəncədə olan nümayəndələri də flashmobu canlı izləyiblər. Onların bildirdiyinə görə, ilk dəfədir ki, 10 minə yaxın insan bir araya gələrək portret yaradırlar və nəticələr bir neçə gündən sonra məlum olacaq. Ümummili lider Heydər Əliyevin portretinin və imzasının canlı yaradılması Gəncə gənclərinin bu dahi şəxsiyyətə sonsuz məhəbbət və sevgilərinin nəticəsidir.
Diaspora