Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nail Allahverdiyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Qaziler.az-ın məhkəmə prosesində iştirak edən əməkdaşının məlumatına görə, prosesə hakim Əhməd Quliyev sədrlik edib.
Xatırladaq ki, avqustun 3-də baş vermiş avtoqəza hadisəsi nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılardan ikisi Türkiyə vətəndaşıdır. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Qeyd edək ki, 1994- cü ildə Sumqayıtda anadan olan Nail Allahverdiyev ali təhsillidir, hərbi mükəlləfiyyətlidir, evlidir və fərdi əməklə məşğul olub.Məhkəmə baxışında zərərçəkmiş qismində Ramiz Əsədov, Adil Ocaqverdiyev, Rauf Səmədov və Ülviyyə Əliyeva iştirak ediblər. Qəza zamanı xəsarət alan Türkiyə vətəndaşları Mutallib Tekiş, onun həyat yoldaşı Songül Tekiş teleqram vasitəsilə müalicə aldıqlarını, məhkəmədə iştirak edə bilməyəcəklərini bildiriblər.
Proses zamanı anket məlumatları dəqiqləşdirilib, zərərçəkənlər dinlənildi və sonda növbəti məhkəmə prosesinin keçirilməsinə qərar verildi.
Proses dekabrın 8-də, saat 15 30 davam etdiriləcək.
Qeyd edək ki, Nail Allahverdiyev baş nazirin müavini və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsidir.
Əntiqə Rəşid
Qaziler.az