Jurnalistlər Ekstremal Şəraitində İB yeni layihəyə start verdi

Jurnalistlər Ekstremal Şəraitində İB yeni layihəyə start verdi backend

Jurnalistlər Ekstremal Şəraitində İctimai Birliyi Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Müxtəlif dini qrupların cəmiyyətə inteqrasiyasında mövcud olan problemlərin aradan qaldırılmasına həsr olunmuş tədbirlərin təşkili adlı layihəyə start verdi.

Layihə çərçivəsində keçirilən tədbir Qafqaz Universitetində baş tutub.

Tədbirdə Məşədi Dadaş Məscidinin Dini İcmasının rəhbəri, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Şahin, Cümə Məscidinin sədr müavini Hacı Elşən, dini icma nümayəndələri, Qafqaz Universitetinin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.Layihənin rəhbəri Jurnalistlər Ekstremal Şəraitdə İB-nin sədri Firuzə Əsədullayeva tədbir iştirakçılarına layihə haqqında məlumat verib.

Təşkilatın İdarə Heyətinin üzvü Tofiq Dadaşov ( Tofiq Türkel) Hacı Şahin, Hacı Elşən , Qafqaz Universitetinin Təhlükəsizlik və Enerji Tədqiqatları Mərkəzinin müdiri Ceyhun Mahmudlu və müxtəlif dini qrupların cəmiyyətə inteqrasiyasında mövcud olan problemlərin aradan qaldırılması istiqmətində fikirlərini bölüşüblər.





Tədbirdə çıxışlar ətrafında müzakirələr keçirilib və təkliflər verilib.
Diaspora