“Azərbaycanın nüfuzu bundan sonra da artacaq”

“Azərbaycanın nüfuzu bundan sonra da artacaq” backend

Bu gün Bakıda Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən “Azərbaycan müasir dünyada” adlı konfrans öz işinə başlayıb.

Publika.az-ın məlumatına görə, konfransdan öncə dövlət və hökumət rəsmiləri, YAP funksionerləri, bir qrup millət vəkili ulu öndər Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.

Daha sonra tədbirdə çıxış edən YAP-ın icra katibi, Baş nazirin müavini Əli Əhmədov bildirib ki, ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan dövləti anlayışlarını bir-birindən ayırmaq mümkün deyil. Onun sözlərinə görə, müstəqil Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin şah əsəridir:

“Yeni Azərbaycan Partiyası hər il ənənəvi olaraq ulu öndər Heydər Əliyevin doğum günü ilə bağlı konfranslar keçirir. Builki konfransın mövzusunun “Azərbaycan müasir dünyada” olması təsadüfi deyil. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi təsadüfi deyildi.

Azərbaycan “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi edib, ölkəmizin təmsilçisi bu müsabiqənin qalibi olduğu üçün ölkəmiz bu hüququ qazanıb. Bu günlərdə isə çox əlamətdar tarixi hadisənin ərəfəsindəyik. Azərbaycan ilk Avropa Oyunlarını keçirəcək, bu, Azərbaycanın dünyada artan nüfuzundan xəbər verir.

Eyni zamanda Azərbaycanın dünyanın enerji xəritəsində mühüm rol oynayır. Tam əminəm ki, ulu öndər Heydər Əliyevin qurduğu və prezident İlham Əliyevin gücləndirdiyi müstəqil Azərbaycan dövlətinin dünyadakı nüfuzu bundan sonra daha da artacaq”.
Diaspora