Görəsən, Azərbaycanda belə bir gerçək sorğu aparılsa, hansı mənzərə yaranar?..
Rusiya Federasiyasındakı yoxsulluq səviyyəsi il başında qısa bir fasilə verdikdən sonra, demək olar ki, bütün həssas vətəndaş qrupları üçün yüksəlib.Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, “Ali İqtisadiyyat məktəbi” qrupu tərəfindən aparılmış sorğunun nəticələri belə nəticəyə gəlməyəm əsas verir.
Sentyabr ayında rus ailələrinin 23% -i öz maddi vəziyyətlərini “pis” və ya "çox pis" hesab edib, bu da may ayındakından 3% çoxdur. "Yaxşı" cavablarının payı isə 17% -dən 15% -dək azalıb.
Demək olar ki, hər üçüncü ailə (29%) yalnız ərzaq almağa imkanı çatır, geyim alınması isə artıq çətinliklər yaradır. Bu azmış kimi, respondentlərin 8% -inin yemək üçün kifayət qədər pulu yoxdur. Ən acınacaqlı vəziyyət kənd yerlərindədir. Kəndlərdə yaşayan respondentlərin 44% -i, yəni may ayına nisbətən 4% daha çoxu, ən vacib gündəlik ərzaq və malları almaq üçün pulları çatmadığını bildirib..
Bundan əlavə, rusiyalıların 40% -dən çoxu əmək bazarındakı çətinliklərdən narazıdır: ilin əvvəlindən hər beşinci ailədə ən azı bir nəfərin ya əməkhaqqı azaldılıb və ya tamamilə verilməyib.
Çoxuşaqlı ailələrin vəziyyəti də kəskin şəkildə pisləşib. Əgər may ayında bu kateqoriya arasında “olduqca yoxsul”lar 34% idisə, sentyabr ayında artıq 43% olmuşdur.

Öllkədə hər dördüncü ailə son üç ayda maliyyə çətinlikləri üzündən mənzil-kommunal xidmətləri üçün ödəmə edə bilməyib. Ailələrin 17%-i isə lazımi dərmanları ala bilməyb.
Rəqəmələri ümuləşdirəndə belə nəticəyə gəlmək olur ki, Rusiyada hər 10 nəfərdən birinin yeməyə pulu çatmır...
Xəbərdə xatırladılır ki, Rusiyada iqtisadi artım ötən ilə nisbətdə 2,5%-dən 1,8%-ə enib.