QAZİLER.AZ saytına Erməni Təcavüzünün Tanıdılması İB-dən verilən məlumata görə, Azərbaycan Memarlıq və İnşaat Univeristetində Qarabağ həqiqətlərinin əcnəbi tələbələrə çatdırılması məqsədilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə YAP Yasamal rayon 43 saylı ərazi təşkilati Qadınlar Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Salatın Əhmədova açıb. O, həmin univeristetdə təhsil alan əcnəbi tələbələrlərin Azərbaycanın Qarabağ boyda dərdinə belə həssaslıqla yanaşdıqları üçün minətdarlığını bildirib. Tədbirdə iştirak edən AzTv-nin baş proqram direktorunun müavini Telli Pənahqızı və Erməni Təcavüzünün Tanıdılması İB-nin sədri, tədqiqatçı –jurnalist Səriyyə Müslümqızı onlara ünvanlan sualları cavablandıraraq həm də Azərbaycan həqiqətlərinin görünməyən tərəflərini bildiriblər.
Tələbələrdən birinin verdiyi bu sualı: “ Ermənilər Sizin ölkənizin hesabına respublika yaradıblar, millətinizi soyqırıma məruz qoyublar onlara gücünüz çatmırmı?” Telli Pənahqızı belə cavablandırıb:“Ermənilər həm sayca azdırlar və gəlmədirlər. Onların havadarları çoxdur, arxalarında isə xristian dünyası durur ki, onların da öz maraqları var.
Daha sonra əcnəbi tələbələrə məlumat verilib ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 20 mindən çox insan qətlə yetirilib. İşğal nəticəsində 900-dən cox yaşayış məntəqəsi talan edilərək yandırılmışdır. Azərbaycan ərazilərində 927 kitabxana, 446 tarixi abidə və muzey, 100-dən cox arxeloji abidə, 6 dövlət teatrı dağıdılıb. Dağıntılar nəticəsində iqtisadiyyatımıza 60 milyard ABŞ dollarından artıq ziyan dəyib.Cəbhə bölgəsində türk əsgərləri yoxdur amma rus əsgərləri ermənilərlə birgə Xocalı soyqırımı zamanı da, indi də bizə qarşı döyüşürlər.
Tədbirdə Univeristetin prorektorları F.Cəfərov, T. Qasımov, ƏTHF-nin dekanı Gülnarə Ələsgərzadə, rus dili kafedrasının professeru A.Osmanzadə, müəllimlərdən N.Əsədova, A.Cavadova, Z.Cəlilova, R.Vəlibəyova, dosent R.Rəcəbova, N.Mustafayeva, G.Bayramova, A.Musayeva, R.Səfərəliyeva, V.Ağalarova, K. Sərdarova iştirak ediblər.
Sonda Mustafa Dikmenin ifa etdiyi Abbas Səhhətin “Vətən” şeiri hamını duyğulandırdı.