Ağdaş rayonunda, Biyan zavodu yaxınlığında ağır yol qəzası baş verib.
A24.az xəbər verir ki, “Report”a istinadən məlumatına görə, “Toyota Prado” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.Hadisə nəticəsində avtomobildə olan 1 qadın ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qəzaya düşənlərin Nazirlər Kabineti yanında İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları olduğu bildirilir. Hadisə zamanı sürücü və avtomobildə olan 2 nəfər xəsarət alıb, digər qadın sərnişin isə ölüb.
Xəstəxanaya yerləşdirilən yaralılardan birinin boynu qırldığından onu dərhal Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə aparılır.
Faktla bağlı araşdırma aparılır.