Milli Məclisin vitse-spikeri Qazaxıstana səfər edəcək

Milli Məclisin vitse-spikeri Qazaxıstana səfər edəcək backend

Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Qazaxıstana səfər edəcək.

Parlamentin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, noyabrın 25-27-ni əhatə edəcək səfərdə məqsəd Qazaxıstanın Birinci Prezident Günü münasibətilə keçiriləcək beynəlxalq parlament konfransında iştirak etməkdir.
Tədbir Astana şəhərində keçiriləcək.