Azərbaycanın ciddi hazırlaşdığı İlk Avropa Oyunlarının məşəlinin diyarbadiyar səyahəti davam edir. Avropa oyunlarının məşəli Şirvan və Hacıqabuldan sonra bu gün Sabirabadda alovlanıb. Sabirabadın alov məşəlini qəbul etməsi festivalla müşayiət olunub.
ANS TV-nin məlumatına görə, bir qədər öncə Saatlıya gətirilən Avropa Oyunlarının məşəli hazırda Heydər Əliyev prospekti boyunca hərəkət edir. Bir azdan Avropa Oyunlarının məşəlini 12 atlet estafet şəklində bir-birlərin ötürməklə Heydər Əliyev meydanına gətirəcəklər.3300 metr məsafəni qət edən 12 atlet məşəli meydanda quraşdırılmış səhnəyə çıxarılacaq və Sabirabadın məşəli alovlandırılacaq. Məşəl alovlandırıldıqdan sonra festival keçiriləcək. Sabirabadan sonra Avropa Oyunlarının məşəl növbəti turuna yola çıxacaq.