Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) iqtisadi təhlükəsizlik şöbəsinin əməkdaşlarının “Palmali” şirkətlər qrupunun Rusiya qanadında yoxlamalara başladığı haqqında Rusiya və bəzi yerli KİV-lərdə xəbər dərc edilib.
Guya “Palmali” şirkəti 1,2 milyard rubl civarında vergidən yayınma və maliyyə vəsaitlərinin qeyri-qanuni şəkildə ölkədən çıxarmaqda ittiham olunur və “Palmali”nin Rostov bölməsinin direktoruna qarşı cinayət işi qaldırılıb. Aleksey Mixaelev gəmi daşımaları ilə əldə olunan gəlirlərlə bağlı sənədləri saxtalaşdırmaqda, gəlirlərin gizlədilməsində ittiham olunur.“Ölkə.Az”-ın məlumatına görə isə “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov yayılan məlumatların sadəcə sifarişli məqalədən ibarət olduğunu bildirib:
“Bu yalan xəbərlərə sadəcə gülürəm. Rusiya hüquqi dövlətdir. Sizin bu çirkin sifarişlərinizin arxasında dayananları da bilirəm”.
M.Mənsimov həmin şəxsləri “oğru” və “yazıq” adlandırıb.