37 gündən sonra baş tutacaq Avropa Oyunlarını işıqlandırmaq məqsədilə ölkəmizə gələn əcnəbi jurnalistlər isə “Media kəndi”ndə yerləşdiriləcəklər. Bu barədə ANS-ə müsahibəsində “Bakı 2015” Avropa Oyunları əməliyyatlar komitəsinin mətbuat əməliyyatları üzrə direktoru Ceyn Pirs deyib:
“Avropa Oyunlarını işıqlandırmaq üçün akkreditasiyadan keçən 800 nəfərdən çox əcnəbi jurnalist üçün “Media kəndi” inşa olunub. “Media kəndi”ndə jurnalistlərin fəaliyyəti üçün kompüterlər, “Wi-Fi” və digər bu kimi imkanlar yaradılıb. Onu da deyim ki, “Media kəndi” yalnız əcnəbi jurnalistlər və fotomüxbirlər üçün nəzərdə tutulub.Onları idman arenalarına “Media kəndi”ndən pulsuz xüsusi avtobuslar aparıb-gətirəcək. Onu da deyim ki, bu əcnəbi media nümayəndələri üçün məcburi deyil, yəni onlar sərbəst şəkildə istədikləri oteldə də qala bilərlər”.