“Xəzinənin yeni inciləri” adlı sərginin açılışı mərasimində Azərbaycan xalça sənətinin təbliği işindəki səmərəli fəaliyyətinə görə Azərbaycan Xalça Muzeyinin bir qrup əməkdaşı təltif edilib.
Mükafatları Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev təqdim etdi.Aygün Abasova və Yalçın Səlimov “Tərəqqi” medalı ilə təltif edildi.
Püstə Ağayeva, Təranə Məlikova və Rəma Zeynalova Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomuna layiq görüldülər.
Taryer Bəşirova Azərbaycan Respublikasının Əməkdar rəssamı, Asya Şirəliyevaya isə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adları verildi.