25+9=34. Bu, elə-belə, sadə riyazi əməl deyil.
Bu sadə toplama əməlində elə böyük əməl gizlənib ki... Bu toplananlardan biri ölkənin abırlı, (bəli, elə abırlı desək düz olar-red.) qəzeti və digər toplanan isə yenə də abırlı saytı Qol.az-ın yaşlarıdır. Cəm isə onların mübarizə apara-apara yaşadıqları, yaratdıqları heç də az olmayan illərdir.25 il - əsrin dörddən biri! Az vaxt deyil. Bir igidin ömrüdür: 525-in yaşıdır. O 25 ilə sevinc də, kədər də sığışıb. Bu 25 ildə keçilən yol hamar olmayıb. Ola da bilməz. Həyatdı bu: enişi var, yoxuşu var.
Qol.az da az yaşamayıb. 9 il də az vaxt deyil. Xatırladaq ki, bu qəzetilə saytı birləşdirən bir cəhət var: Qol.az-ın yaradıcısı (Mirhacib Məcdilə) 525-in redaktoru Aydın Bağırovdur.
Hər iki İGİDin doğum gününü təbrik edirik! Onlara bol şanslar və uğurlar arzulayırıq!
Qaziler.az