“Swift” xarici şirkəti 900 yerli neftçi tərəfindən məhkəməyə verilib.
QAZİLER.AZxəbər verir ki, bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası Azər Quliyev məlumat verib. Vəkilin sözlərinə görə, şirkət indiyədək tabeliyində çalışan neftçilərə əlavə ödəniş - dəniz əmsalını ödəməyb: “Dəniz əmsalının ödənişi Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir. Yalnız dənizdə çalışanlara verilən əlavə ödənişin məbləği minimum əməkhaqqının 75 faizi qədərdir. Şirkət əlavə ödənişləri ödəməkdən imtina etdiyinə görə məhkəmədə cavab verəcək”.A.Quliyev bildirdi ki, şirkətlə bağlı iddia artıq Nəsimi Rayon Məhkəməsinə təqdim olunub: “Təəssüf ki, xarici neft şirkətləri və bu şirkətləri işçi ilə təmin edən agentliklər Əmək Məcəlləsinin tələblərini yerinə yetirmir. Üstəlik, əcnəbi işçilərlə yerlilər arasında fərq qoyulur, yüksək məbləğdə maaş alan əcnəbilər ixtisar edilmədiyi halda yerli neftçilər işdən çıxarılır. “Swift” şirkəti 900 neftçinin pulunu vermək istəmir. Amma əcnəbilərin bütün ödənişləri vaxtlı-vaxtında ödənilir. Maraqlıdır ki, bu şirkətlə bağlı məlumatlar gizli saxlanılır. Şirkətin rəhbərinin adı belə açıqlanmır”.