Bu gün Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin Riyaziyyat Departamentinin rəhbəri professor Fuad Ələsgərovun Azərbaycan Dövlət İqtisad Universitetində mühazirəsi baş tutub.
ADİU-un mətbuat xidmətinin QAZİLER.AZ-a verdiyi məlumata görə, .“Universitetlərin müxtəlifliyi və tipologiyası” və “Ali təhsilə tələbatın qiymətləndirilməsi” mövzusunda keçirilən mühazirələrdə professor F.Ələsgərov ali təhsil müəssisələrinin klassifikasiyası, təqdim olunan ali təhsil xidmətlərinin keyfiyyət səviyyəsinə görə universitetlərin fərqli kateqoriyalara bölünməsi və bu amillərin tələbə qəbulu prosesində nəzərə alınması məsələlərindən danışıb.O bildirib ki, ayrı-ayrı ixtisaslar üzrə cari və potensial tələbin öyrənilməsi, ümumi tələbə sayında müxtəlif ixtisasların optimal xüsusi çəkisinin müəyyən edilməsi və təhsil prosesinin əmək bazarı ilə uyğunlaşdırılması hazırda ali təhsil müəssisələrinin qarşısında duran ən mühüm vəzifələrdir.
Sonda professor F.Ələsgərov ADİU-nun doktorantları və gənc alimləri ilə görüşüb, elmi tədqiqatların səmərəliliyinin artırılması yolları və müasir tədqiqat metodları barədə fikirlərini bölüşüb.