Peşə təhsili alanlara hərbi xidmətdən möhlət hüququ veriləcək

Peşə təhsili alanlara hərbi xidmətdən möhlət hüququ veriləcək backend

Azərbaycanda peşə təhsili alanlara hərbi xidmətdən möhlət hüququ veriləcək.

AzVision.az xəbər verir ki, bu, yeni hazırlanan “Peşə təhsili haqqında” qanunda öz əksini tapıb.

Qanun layihəsinin 4-cü (dövlətin vəzəfiləri) maddəsində deyilir ki, peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir.