Xalça Muzeyində istedadlı əlillərin sərgisi açılıb

Xalça Muzeyində istedadlı əlillərin sərgisi açılıb backend

Azərbaycan Xalça Muzeyində “İstedadlı Əlillər” İctimai Birliyinin II və III qrup əlillərinin əl işlərindən ibarət satış sərgisi açılıb.

Muzeydən Lent.az-a verilən məlumata görə, sərgiyə 200-ə yaxın əl işi çıxarılıb. Muzeyinin direktoru Röya Tağıyeva qeyd edib ki, fiziki sağlamlığı məhdud insanlara yardım etmək hər bir insanın borcudur:

Sərgi təkcə təqdim olunan işlərlə yox, həm də müəllifləri ilə maraq oyadır. Həyatın çətinliyinə sinə gərənlərin mübarizliyinə heyrətlənməmək mümkün deyil. Bəzisinin anadangəlmə, bəzisinin isə sonradan həyatda qazandığı fiziki məhdudiyyəti istedadına mane ola bilməyib”.

Qeyd edək ki, satış sərgi mayın 7-dək davam edəcək.


Diaspora