Mayın 3-də keçirilmiş sınaq imtahanının nəticələri açıqlanıb. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.Qeyd edək ki, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 49994 abituriyentdən 3181 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 11 abituriyentin imtahan nəticələri ləğv edilib.
IV qrup üzrə 1 nəfər ən yüksək nəticə - 700 bal toplayıb.