Kərbəlaya ziyarətə gedən azərbaycanlı zəvvarlar fırıldaqla üzləşib.
Zəvvarlardan biri-Samir Novruzovun qardaşı Ceyhun Novruzov Qaziler.az saytına zəng edərək bildirdi ki, bu haqda qardaşı ötən gün evə zəng vuraraq məlumat verib.Onun sözlərinə görə, Təvəkkül Vaqif oğlu Həsənov adlı şəxs Azərbaycanda zəvvarlardan 250 dollar pul yığaraq onları Kərbəlaya aparıb gətirəcəyinə, zəvvarların ziyarət vaxtı qalmaq, yemək xərclərinin qarşılanacağına söz verib. Lakin sözügedən şəxs onları Kərbəlada qoyaraq qaçıb. Bununla da o, zəvvarların 30 min manatını mənimsəyib. Hazırda zəvvarlar İraqın Kərbəla şəhərində pulsuz, evsiz, qidasız qalıblar, onların Azərbacana qayıtmaq imkanı yoxdur.
">