“Əsgər Ailəsi Cəmiyyəti”nin yaranmasından 25 il keçir

“Əsgər Ailəsi Cəmiyyəti”nin yaranmasından 25 il keçir backend

“Əsgər Ailəsi Cəmiyyəti”nin yaradılmasının 25 illiyini qeyd edilib. QAZİLER.AZ saytı olaylar.az-a istinadən bildirir ki, tədbirdə QHT nümayəndələri, ehtiyatda olan zabitlər, qazilər və şəhid ailələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Emin Həsənli “Əsgər Ailəsi Cəmiyyəti”nin 25 ildə gördüyü işlərdən, cəmiyyətin nailiyyətlərindən, bu təşkilatın Respublikada Vətənpərvərliyin yüksək səviyyədə təbliğ etməsindən danışıb.

Ehtiyyatda olan General Sarıyev, Polkovnik Həsən Əmirov, Aprel döyüşçülərindən Ülfət Həsənov və Natiq Mehdiyev çıxış edərək, "Əsgər Ailəsi Cəmiyyəti"nin sədri Roza Əliqızının 25 ildə bu təşkilat vasitəsi ilə xalqımza xidmətindən danışıblar.

Sonda ehtiyyatda olan zabit, hərbi jurnalist Roza Əliqızı çıxış edərək rəhbəri olduğu təşkilatın yaranma tarixi haqqında iştirakçılara məlumat verdi: “1992 ci illərdə mən hərbi hissələrə gedərək əsgərlərdən ailələrinə, ailələrindən isə əsgərlərə məktublar aparardım. O vaxt poçt - rabitə, əlaqə yox idi. Bir də baxdım ki, iş görürəm. Beləliklə, "Əsgər Ailəsi Cəmiyyəti" yarandı. Elə o gündən bu günə ömrümüz cəbhə bölgələrində, əsgərlərimizin yanında keçdi" - deyə, Roza xanım bildirdi.

Tədbir iştirakçıları Roza Əliqızının "Əsgər Ailəsi Cəmiyyəti"nin xətti ilə ölkəmizdən kənarda Türkiyədə, Avropada Qarabağ gerçəkliklərinin yetərincə təbliğ etməsindən bəhs etdilər.

Sonda Roza xanıma Fəxri fərmanlar və medallar təqdim edildi.

QAZİLER.AZ saytı da hörmətli Roza Əliqızını "Əsgər Ailəsi Cəmiyyəti"nin yaranmasının 25 illiyi ilə əlaqədar təbrik edir, ona yeni-yeni uğurlar arzulayır!