Tanınmış jurnalist Eynulla Fətullayev sosial şəbəkədə bu yaxınlarda uzunmüddətli həbsdən azad edilən Lotu Quli ilə çəkdirdiyi fotonu paylaşıb.
Azinforum.az xəbər verir ki, tanınmış jurnalist Eynulla Fətullayev sosial şəbəkədə bu yaxınlarda uzunmüddətli həbsdən azad edilən Lotu Quli ilə çəkdirdiyi fotonu paylaşıb və belə bir qeyd yazıb: “Nəhayət, Lotu Quli ilə görüşdük, dərdləşdik, keçmişi yada saldıq, gələcək haqda danışdıq”. Qeyd edək ki, kriminal aləmdə Lotu Quli kimi tanınan Nadir Səlifov hazırda Türkiyədə yaşayır.