Amerikalı ekspert: “BMT-nin 4 qətnaməsi yerinə yetirilməlidir“

Amerikalı ekspert: “BMT-nin 4 qətnaməsi yerinə yetirilməlidir“ backend

“Mən Amerika Birləşmiş Ştatlarını BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi üçün ciddi addımlar atmağa çağırıram”.

APA-nın məlumatına görə, bu sözlər “Catholics for Choice” təşkilatının baş mütəxəssisi Qlen Nozernin (Glenn Northern) “The Hill” qəzetindəki məqaləsində yer alıb.

O, mayın 8-də Şuşanın işğalı günü olduğunu xatırladıb: “Bir vaxtlar Azərbaycanın klassik musiqi səhnəsi və Orta Şərqdə ilk operanın vətəni olan tarixi şəhərŞuşanın işğalı və dağıdılmasından 23 il keçir. Bu şəhər musiqiçiləri, bəstəkar və ifaçıları ilə tanınıb. İndi isə erməni işğalı və sistemli etnik təmizləməsinə məruz qalıb”.

Q. Nozern qeyd edib ki, 1992-ci ilədək Azərbaycanın ən məşhur şəhərlərindən olan Şuşanın əhalisinin 92 faizi azərbaycanlılar olub. Onun sözlərinə görə,Şuşanın işğalı Ermənistan ordusu tərəfindən Xocalı şəhərində 613 azərbaycanlıya qarşı törədilən qırğınlardan sonra baş verib. “Amerika Azərbaycanlıları Şəbəkəsinin (USAN) üzvü olaraq, 400 min Amerika azərbaycanlıları və 40 milyondan çox dünya azərbaycanlıları adından Amerika Birləşmiş Ştatlarını BMT TŞ-nin 4 qətnaməsinin və Baş Assambleyanın digər qətnamələrinin yerinə yetirilməsi üçün ciddi addımlar atılması istiqamətinə öz təsir gücünü istifadə etməyə çağırıram. Bu qətnamələr işğalçı erməni qüvvələrinin Azərbaycanın ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Amerika azərbaycanlıları adından səlahiyyətli şəxsləri bu məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün əllərindən gələni etməyə çağırıram”.
Diaspora