"Qoca"nın anası Fədayə Laçından danışdı

"Qoca"nın anası Fədayə Laçından danışdı backend

Bakıda keçirilən xüsusi əməliyyat zamanı öldürülən "Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədovun yas çadırı qurulub.

Qaziler.az xəbər verir ki, Teleqraf.com-un Hacıqabula ezam edilən əməkdaşının hələlik Qocanın cənazəsinin ailəsinə təhvil verilmədiyini bildirib.

Qocanın anası Svetlana Məmmədova deyib ki, onun 5 övladı olub:

"4 oğlum, 1 qızım vardı. Qızım rəhmətə getmişdi. Etibar da belə oldu. İki oğlum həbsdədir. Digər oğlumla birgə yaşayıram. Övladlarımın ən kiçiyi Etibar idi. Ən sevimli övladım idi. Uşaqlığı yaxşı keçib. İlk dəfə 16 yaşında həbsə düşdü. Kərbala ziyarətində olub. Qəzəllər yazırdı. İki kitabı çıxıb: "Mirvari damlalar" və "Gözlədiyim illər". Daha bir kitabı çapa hazırlanırdı".

Svetlana Məmmədova "Qoca"nın müğənni Fədayə Laçınla münasibətlərindən də danışıb: "Onlar dost idilər. Fədayə bir dəfə bizim evdə olub. Hacıqabula toya gəlmişdi, sonra da Etibarla görüşmək üçün bizə gəldi".

Qeyd edək ki, mərhumun anası və qardaşı Hacıqabul rayonu, İsrafil Məmmədov küçəsi, 28 ünvanında yaşayır.
Diaspora