Ağdam rayonunun Təzəkənd qəsəbəsində müasir avadanlıqla və qabaqcıl texnologiya ilə təmin olunmuş yeni poçt binası istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edənlər son illərdə ölkəmizdə bütün sahələrdə olduğu kimi, rabitə sistemində də uğurlu nəticələrin qazanıldığını diqqətə çatdırıblar.Qeyd olunub ki, hazırda rayonda 11 poçt şöbəsi fəaliyyət göstərir. Yeni elektron avadanlıqlarla təchiz olunmuş filiallar xüsusi poçt xidmətlərini uğurla həyata keçirirlər.
Sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra tədbir iştirakçıları binaya baxış keçiriblər.