Kamil Zeynallı “Qarabağ”ın təyyarəsindəki qalmaqaldan danışdı

Kamil Zeynallı “Qarabağ”ın təyyarəsindəki qalmaqaldan danışdı backend

“Qarabağ” klubu ilə birgə İspaniyaya uçan Kamil Zeynallı dünənki matçdan sonra geri dönməyib.


Yerli mediada yayılan məlumatlara görə, “Qarabağ” rəhbərliyi buna icazə verməyib.

Bunan səbəb kimi isə Kamilin səfərə yollanan zaman məlum qalmaqallı canlı yayımı göstərilir.

Müğənni Gülay Zeynallının həyat yoldaşı İnstagram səhifəsi vasitəsilə bu barədə xəbər yazanları təhqir edib.

O, “Qarabağ”la vətənə qayıtmamasının səbəbi belə izah edib: “İnşallah, bir azdan İstanbula uçacağam. “Beşiktaş” – “Monako” oyununa bilet almışam. Gedib mütləq oyunu izləyəcəm. Ölkədən çıxmışkən nə qədər fürsətdir, bir az gəzib dolaşaq. Sabah isə vətənə qayıdacağam”.

Xatırladaq ki, bundan öncə Kamil Zeynallı jurnalistləri qərəzli xəbər hazırlamaqda günahlandırıb. Belə ki, Zeynallı durduğu yerdə söyüş söymədiyini bildirib və ona qarşı təhqiramiz ifadələr işlədənin cavabını verdiyini deyib.

Musavat.com