Daha çox Frenk Elkaponi kimi tanınan məşhur biznesmen Fizuli Məmmədov Azərbaycanda gələn il keçiriləcək prezident seçkilərində iştirakdan imtina edib.
Qaziler.az Virtualaz.org-a istinadən xəbər verir ki, biznesmen bir neçə gün əvvəl “Feysbuk” sosial şəbəkəsindəki səhifəsində "Azərbaycandakı prezident seçkilərində siz öz səsinizi kimə verəcəksiniz" sualı ilə onlayn-səsvermə keçirmişdi. Orada prezidentliyə namizədlərdən biri kimi Fizuli Məmmədovun öz adı göstərilmişdi.
Fizuli Məmmədov yerli KİV-lərə verdiyi açıqlamasında bəyan edib ki, o yanlış anlaşılıb və onun seçkilərdə iştirak etmək planı yoxdur.
"Bu ki hüquq cəfəngiyyatıdır. Azərbaycanın Konstitusiyasına əsasən prezident vəzifəsinə namizəd son 10 il ərzində bu ölkənin ərazisində yaşamalıdır. Mən isə artıq uzun müddətdir ki, Azərbaycanda yaşamıram. Bundan başqa, mənim Rusiya və İtaliya vətəndaşlığım var. Yəni sırf hüquq nöqteyi-nəzərdən, mən seçkilərdə iştirak edə bilmərəm”, - o vurğulayıb.
Frenk Elkaponi, həmçinin xahiş edib ki, onun adı narkotiklərin dövriyyəsi ilə bağlı qalmaqalda hallandırılmasın: "Bu 17 il əvvəl olub. Bütün təhrikçilər, hansılar ki, bu ittihamın arxasında dururdular, azadlıqdan məhrum ediliblər. Həmin ittihamlar çoxdan geri çəkilib".