"Neftçi" klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev yeni vəzifəyə seçilib.
Qaziler.az Report-a istinadən xəbər verir ki, bundan sonra Qara dəniz və Xəzər dənizi ölkələrinin Beynəlxalq Tərəfdaşlıq və Əməkdaşlıq Fondunun prezidenti vəzifəsini icra edəcək: "Artıq bununla bağlı qərar verilib. 20 gündən sonra vəzifəmin icrasına başlayacam".Qeyd edək ki, Ç.Abdullayev eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin katibi, İnterpolun fəxri səfiridir.