Xalq artistləri arasında qalmaqal böyüyür
“Siyavuş Kərimini həkimə göstərmək lazımdır. Ağlı olan haqqımda o sözü deməz”. Bu sözləri xalq artisti Canəli Əkbərov Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kəriminin onun haqqında səsləndirdiyi fikrə münasibət bildirərkən deyib.
Siyavuş Kəriminin teleqraf.com saytına açıqlama verərkən “Mənə Canəlidən sual vermə, gəlin normal adamlardan danışaq” deməsi iki xalq artisti arasında qalmaqalın yaranmasına səbəb olub.
Canəli Əkbərov zamanında konservatoriyada dərs dediyini də xatırladıb:
“Mən orda dərs deyəndə Siyavuş Kərimi məzun olmuşdu. Sonra isə özlərinə mafiya düzəldib konservatoriyanı iki yerə böldülər... Zamanında hamısının payını vermişəm. İndi heç nə danışmaq istəmirəm”.
(Musavat.com)