Goranboyda pambıqçıları daşıyan avtobus körpüdən aşıb - xeyli yaralı var

Goranboyda pambıqçıları daşıyan avtobus körpüdən aşıb - xeyli yaralı var backend

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Nadirkəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Pambıq sahəsindən işçiləri daşıyan avtobus körpüdən çaya aşıb.

Xeyli yaralının olduğu bildirilir.

Xəsarət alanlardan 4-ü Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.