“Azercell” yeni biznes paketlərini istifadəyə verib

“Azercell” yeni biznes paketlərini istifadəyə verib backend

“Azercell Telekom” mayın 5-dən fakturalı xətt seçilmiş müştəri qrupları üçün yeni biznes paketlərini istifadəyə verib. Yeni paket abunəçilərə sərfəli danışıqla yanaşı, bir sıra güzəştlər də qazandırır.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu paketə qoşulan zaman abunəçilər 10 manat abunə haqqı ödəməklə ölkədaxili danışıqlar üçün 500 dəqiqə, 500 SMS və 500 meqabayt (Mb) internet əldə etmək imkanı qazanırlar. Həmçinin 20 manatlıq abunə haqqı müqabilində abunəçi ölkədaxili danışıqlar üçün 2 min dəqiqə, 2 min SMS və 2 min Mb internet əldə edir. Bu paketə qoşulmaqla abunəçilər beynəlxalq zənglərdə 20 və müvafiq olaraq 40 faiz endirimdən yararlana bilirlər. Eyni zamanda, faktura dövründə əlavə trafikə 95 faiz - hər Mb üçün 2 qəpik endirim tətbiq edilir.

Danışıq dəqiqələri SMS rouminq xidməti, qısa nömrələrə edilən zənglər və SMS-lər istisna olmaqla ölkədaxili istiqamətlərdə istifadə edilə bilər. Eyni zamanda, “BizKlub” daxili, qısa nömrələrə olunan, eləcə də peyk nömrələrinə və rouminq xidməti çərçivəsində edilən xidmətlər istisna olmaqla, göstərilən xidmətlərin istifadə edilməyən hissələri növbəti faktura dövrünə keçirilmir. Əlavə xidmətlərin haqqı abunəçinin tarif paketinə uyğun olaraq hesablanır.
Diaspora