Oktyabrın 25-də Saatlı rayon Gənclər mərkəzində “Məktəblərarası əlaqə” adlı layihə çərçivəsində intellektual yarışlara start verilib.
İntellektual Yarışmada Saatlı 1, 3, 4 saylı şəhər tam orta məktəblər, eləcə də Camışlı, Varxankənd, Qaracalar, Dədə Qorqud kənd tam orta məktəbləri iştirak ediblər.
Ümumilikdə 40 şagirdin iştirak etdiyi yarışmada suallar Təhsil Nazirliyinin dövlət ümümtəhsil proqramları çərçivəsində hazırlanaraq şagirdlərə təqdim olunub.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Kamran Nəsirov şagirdlərə intellektual yarışın əhəmiyyəti və mərhələləri barədə məlumat verib.
Yarış öncəsi çıxış edən Saatlı rayon Təhsil Şöbəsinin metodisti Qiyas Ağayev qrant layihəsinin ölkə təhsili üçün əhəmiyyətindən danışaraq, bütün şagird və müəllimləri fəal olmağa səsləyib.

Varxankənd məktəbindən Vaqif Muradov, Dədə Qorqud məktəbindən Rəşad Nəbiyev, şəhər 4 saylı məktəbdən Roman Yusubov çıxış edərək layihə və əməkdaşlıq üçün təşkilatçılara öz təşəkkürlərini bildiriblər.
Yarışın aparıcıları, gənc müəllimlər Maral Əmiraslanova və Fariz Ağayev yarışın təşkilati işlərini yüksək səviyyədə təşkil ediblər.

Qeyd edək ki, yarış çərçivəsində ilk 4 yeri tutan 4 komanda – S.Vurğun adına şəhər 1 saylı, Qaracalar məktəbi, Dədə Qorqud məktəbi, Varxan kənd məktəbləri növbəti mərhələyə vasiqə qazanıblar.
Yarış çərçivəsində şagirdlər yeni biliklərə yiyələnərək öz biliklərini və təcrübələrini artırmaq istiqamətində mühüm nailiyyət qazandıqlarını və bu yarışdan öz məmnunluqlarını bildiriblər.
Qeyd edək ki, layihədə əsas məqsəd Saatlı rayonunda fəliyyət göstərən məktəblər arasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək, valideynlərlə məktəb arasında əlaqələri şəffaf hala gətirmək və şagirdləri buraxılış imtahanlarına hazırlamaq dayanır.
Mübariz Əhmədov, BSU-nun Jurnalistika kafedrasının dosenti