Abşeron rayonunun Xırdalan şəhərində atışma baş verib.
"Report" xəbər verir ki, Quşçuluq massivində iki nəfərdən ibarət şübhəli şəxs saxlanılan zaman hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərib.Nəticədə onların hər ikisi zərərsizləşdirilib. Onların üzərinə baxış zamanı silah-sursat aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.