Bakının mərkəzi yollarından birində hərəkət məhdudlaşdırılacaq - SƏBƏB

Bakının mərkəzi yollarından birində hərəkət məhdudlaşdırılacaq - SƏBƏB backend

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 6-8-ci km-lik hissəsində

(Bakı Su İdman Sarayından Bibiheybət məscidinə qədər olan hissəsi - hər iki istiqamət) nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə saxlanılacaq.

Sürücülərdə alternativ olaraq sözügedən yolun "20-ci sahə" ərazisindən keçən hissəsindən istifadə etmələri tövsiyə olunur.